Saxtalaşdırılan tariximiz: Xəritələrə nazirlik nəzarət etməlidir – VİDEO
Xəritələrdə bəzi yanlışlıqların olması kimi hallara tez-tez rast gəlirik.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
"Geodeziya və Kartoqrafiya" MMC-nin direktoru Nazim Süleymanov deyir ki, belə səhvlər xəritələri çap etdirənlərin tarixi məlumatsızlığından qaynaqlanır. Digər tərəfdən yanlış məlumatların yer aldığı xəritələr tərtib edilmir, müxtəlif internet saytlarından götürülərək çap edilir.
Nazim Süleymanov – "Geodeziya və Kartoqrafiya" MMC-nin direktoru: "Qeyri-profesionallardır. Yəni, adi kompüter proqramında işləyən insanlardır. İnternetdən götürür və yaxud da ki, kağız xəritəni əldə edir, bunu skan edir. Ancaq xəritəçilik tamam başqa şeydir. Yerdəki real vəziyəti kağız üzərinə əks etdirmək və bunu düzgün cəmiyətə çatdırmaq lazımdır".
Ekspertlərin sözlərinə görə, bu gün şagirdlərin istifadəsi üçün satılan əksər məktəb ləvazimatları, o cümlədən xəritələr, atlaslar, qlobuslar standartlara cavab vermir. Eyni zamanda müxtəlif nəşriyatların istehsalı olan bu ləvazimatlardakı səhv məlumatların şagirdlərə mənfi təsirləri ola bilər.
Buludxan Xəlilov – ADPU-nin kafedra müdiri: "Bu xəritələrin bəziləri Azərbaycan xalqının ziyanına olan xəritələrdir. İndi bu tipli xəritələri təhlil süzgəcindən keçirmədən, onları koordinasiya etmədən, uşaqlar da, şagirdlər də bunun mahiyətinə varmadan o xəritəyə baxırlar, ordakı şəkilləri öyrənirlər, təhrifli məlumatları əldə etmiş olurlar".
Kamran Əsədov – Təhsil eksperti: "Təhsil Nazirliyi konkret olaraq tərəfindən yoxlama həyata keçirməlidir ki, hansı resurslar şagirdlər tərəfindən istifadə oluna bilər. Şagirdlər istənilən xəritəni gedib satış məntəqəsindən alıb gəlməməlidir. Bu konkret olaraq Təhsil Nazirliyinin ekspert qrupu tərəfindən təsdiq olunmuş bir ləvazimatlar olmalıdır".
Bəs orta məktəblərdə şagirdlərin istifadə etdiyi ləvazimatlar hansı standartlara cavab verməlidir? Ümumiyətlə buna nəzarət hansı formada həyata keçirilir? Üz tutduq məktəb ləvazimatlarının satış müəssisəsinə. Məlum oldu ki, burdakıları xəritənin içindəki məlumatların səhv və ya doğru olmasından çox başqa məqamlar düşündürür.
Satıcı: "Əsas xəritələrin keyfiyyətini yoxlayırıq, onun yazıları, rəngləri solğun olmasın, içindəki saplar təmiz olsun və s.".
Buludxan Xəlilov – ADPU-nin kafedra müdiri: "Bu xəritələr 100 dəfə nəzərdən keçirilməlidir. 100 dəfə ölçülüb-biçilməlidir. Nəinki xəritələr, adi informasiyalar var ki, şagirdlərin dəftərinin üzərində dərc edilir. Bunlar mütləq öyrənilməlidir".
Nazim Süleymanov – "Geodeziya və Kartoqrafiya" MMC-nin direktoru: "Xəritələrdə təhriflər var. Tək xəritələrin sərhədlərində yox, rayonların yerləşməsində, adlarda, hidroqrafiyada təhriflər edilir. Tərtib edəndə diqqətli olmaları lazımdır ki, həmin o balaca bir səhv böyük bir problemlərə gətirib çıxarmasın".
Mütəxəssislər hesab edir ki, tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 16 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
14:16 169 Almaniya Baş Prokurorluğundan casusluq ittihamı
Almaniya Federal Baş Prokurorluğu Almaniya və Ukrayna vətəndaşı olan şəxsi xarici kəşfiyyat xidmətinin xeyrinə fəaliyyət göstərməkdə ittiham edib. xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Almaniya hakimiyyət orqanlarının məlumatına görə, İlona V.-nin hərbi və siyasi dairələrd
11:23 161 Lavrov: Rusiya-Ermənistan dialoqu xalqların maraqlarına xidmət edir
Rusiya və Ermənistan arasında dialoqun davam etdirilməsi hər iki ölkənin xalqlarının maraqlarına xidmət edir. xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib. "Əminəm ki, Rusiya və Ermənistan xaric
10:40 153 Türkiyədə seçki zəngləri çalarkən
Mənə görə, seçki zəngləri tam mənası ilə çalmağa başlayıb. Az əvvəl seçki üçün atəşləri körükləyənlər, indi isə əllərində hay-küy salan davulları ilə məhəllə-məhəllə serenada etməyə başlayıblar. Və az sonra isə o maraqla gözlənilən an gələcək, inşallah. Duyumlarımızda məhəllə aralarında yenə AK Partini
13:04 166 David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd
12:06 189 Daşınmaz əmlak bazarında vergi yükü optimallaşdırılır - əsas gözlənti nədir?
"Daşınmaz əmlak bazarında vergi yükünün optimallaşdırılması yalnız vergilərin azaldılması kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd vergi sisteminin bazardakı real iqtisadi proseslərə uyğunlaşdırılması, investisiyaların təşviqi, əməliyyatların şəffaflığının artırılması və vətəndaşlar, eləc
13:25 166 Ruslan Şıxıyev: "Biz həm torpaqlarımızı, həm də milli qürurumuzu qaytarmalı idik"
"Bizim məqsədimiz müharibədə təkcə torpaqları geri qaytarmaq deyildi. Biz həm də işğal illərində doğma yurdlarından didərgin düşmüş insanların haqqını, ləyaqətini və gələcəyə olan inamını bərpa etmək istəyirdik. Biz düşmən əlinə keçməsin deyə qayalardan atılan ana və bacılarımızın qeyrətini, namusunu
15:44 150 "Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar"
"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılı
14:38 178 Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
İctimai nəqliyyatda sərnişinlərin rahatlığının artırılması istiqamətində yeni funksiyalar tətbiq edilir. " portalında artıq seçilən reysdə boş yer olmadıqda, yer yarandığı zaman sərnişinə avtomatik bildiriş göndərilməsi mümkündür. Bu yenilik fonunda isə ictimai nəqliyyatın idarə olunması ilə bağl
12:50 273